Azərbaycan təmsilçisi Elnur Hüseynov mayın 21-də müsabiqənin ikinci yarımfinalında çıxış edəcək

Mayın 18-də Avstriyanın paytaxtı Vyanada “Eurovision-2015” mahnı müsabiqəsinin açılış mərasimi keçirilib. Bu il 60 illik yubileyini qeyd edən müsabiqədə 40 ölkə iştirak edir. Bu sırada ilk dəfə olaraq uzaq Avstraliya da yer alıb.

Yaşıl qitə məhz yubiley ili üçün müsabiqəyə qatılıb və yalnız təmsilçisi qalib olacağı təqdirdə növbəti ildə müsabiqədə iştirak edə bilər. Çexiya 5 il, Kipr və Serbiya isə bir il aradan sonra yenidən “Eurovision”a qayıdıb. Ukrayna isə maliyyə və siyasi səbəblərdən müsabiqəyə qatılmayıb. Türkiyə 2013-cü və 2014-cü illərdə olduğu kimi bu yarışmada da iştirak etmir.
Mayın 19-da gecə 16 ölkə təmsilçisi birinci yarımfinalda “Wiener Stadthalle” arenasında səhnəyə çıxıb. Azərbaycan təmsilçisi Elnur Hüseynov mayın 21-də müsabiqənin ikinci yarımfinalında çıxış edəcək. “Hour of the Wolf” (“Canavar saatı”) mahnısı (bəstəkarı Niklas Lif, kompozisiyanın səhnə tərtibatçısı Ambra Sassidir) ilə səhnəyə çıxacaq Elnuru iki rəqqas - kanadalı Lukas MakFarlayn və fransalı Culiya Spaysser müşayiət edəcək.
Hər iki yarımfinaldan 20 iştirakçı, habelə müsabiqəyə birbaşa qatılan Britaniya, Fransa, Almaniya, İtaliya, İspaniya və ev sahibi Avstriya - ümumilikdə 26 təmsilçi mayın 23-də “Eurovision-2015”in final gecəsində çıxış edəcək.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar