Rusiya Xarici İşlər Nazirliyi (XİN) Bakı Musiqi Akademiyasının professoru Tərlan Seyidovun müəllif layihəsinin icrası ideyasını dəstəkləyib. Bu barədə P.Çaykovski adına Milli Mədəniyyətə Dəstək Fondunun prezidenti Dmitri Qalixin Moskvada “Müasir bəstəkarların yaradıcılığının mədəni-maarif məkanı” Beynəlxalq Elmi-İfaçılıq Konfransının açılışında məlumat verib. O bildirib ki, fondun dəstəyi ilə belə konfranslar Albaniya, Bolqarıstan və başqa ölkələrdə keçiriləcək.
“Müasir bəstəkarların yaradıcılığının mədəni-maarif məkanı” mövzusunda konfrans mayın 19-20-də “Çaykovski - irs” beynəlxalq müsabiqə-festivalı çərçivəsində Moskva Dövlət Konservatoriyasında keçirilib. Gecənin aparıcısı, pianoçu-konsertmeyster Tatyana Svitova bildirib ki, Bakı konfransında iştirak etdikdən sonra bu unikal layihəni Rusiyada tətbiq etmək ideyası yaranıb.
Layihənin müəllifi, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Tərlan Seyidov deyib ki, elmi-ifaçılıq konfransı ifaçı musiqiçilərin yaradıcılığının yeni formalarından biridir. Birinci müsabiqə və “Qara Qarayevin yaradıcılığında fortepiano” birinci beynəlxalq elmi-ifaçılıq konfransı 2010-cu ildə Bakı Musiqi Akademiyasında keçirilib. Layihənin əsas məqsədi musiqi ifaçılığı praktikası ilə nəzəriyyəsini yaxınlaşdırmaq, musiqi sənətinin tədqiqat və ifaçılıq problemlərini inteqrasiya etməkdir.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar