Norveçin paytaxtı Osloda Əməkdar artist Mircavad Cəfərovun rəhbərlik etdiyi “Cəngi” caz qrupunun konserti olub. Etno-caz konserti Norveç Azərbaycanlıları Gənclər Təşkilatı və Oslo Azərbaycan Evinin təşkilatçılığı ilə Stovner kilsəsində keçirilib. Layihə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu və Norveç Gənclər Təşkilatı Milli Şurasının dəstəyi ilə həyata keçirilib.
“Cəngi” qrupunun üzvləri Arzu Həsənli (vokal), Mircavid Cəfərov (tar), Vasif Hüseynzadə (piano), İsgəndər Ələsgərov (zərb alətləri), Tural Qasımlı (piano) və Mircavad Cəfərovun (ud) rəngarəng ifaları maraqla qarşılanıb. Konsertdə həmçinin Azərbaycan Evinin musiqi bölməsinin rəhbəri, pianoçu Arzu Əliyevanın norveçli tələbəsi Edvin Knutsen “Cəngi” qrupunun üzvləri ilə birlikdə caz musiqisi ifa edib.
Tədbirdə çıxış edən Oslo şəhər məclisinin deputatı Gülay Kutal bildirib ki, belə layihələr paytaxtın mədəni həyatını zənginləşdirməklə yanaşı, müxtəlif xalqlar arasında mədəni və dostluq əlaqələrinin güclənməsinə töhfə verir.
Etno-caz layihəsinin musiqimizi Avropada təbliğ etmək üçün maraqlı seçim olduğunu deyən Azərbaycan Evinin sədri Ramil Əliyev Norveçdə cazmenlərimizin konsertini təşkil edəcəklərini də diqqətə çatdırıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar