Mayın 29-da Heydər Əliyev Mərkəzində beşinci “Muğam televiziya müsabiqəsi”nə yekun vurulub. Müsabiqə Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Mədəniyyət Fondunun layihəsi əsasında, Azərbaycan Televiziyasının təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin iştirakı ilə keçirilib.
Fevral ayında başlayan və dörd ay davam edən müsabiqədə Bərdə, Şamaxı və Bakıda keçirilmiş seçimlərdə 500-dək namizəd arasından seçilmiş 20 gənc ifaçı iştirak edib. Onların çıxışları xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Səkinə İsmayılova, Mənsum İbrahimov, Ramiz Quliyev, əməkdar incəsənət xadimləri Sərdar Fərəcov və Nadir Axundovun daxil olduğu münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Müsabiqənin final gecəsində münsiflər heyətinin rəyinə əsasən, yarışmanın qalibi Nisbət Sədrayeva seçilib. İkinci və üçüncü yerlərə Məhəbbət Səfərov və Sədəf Budaqova layiq görülüblər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar