2015-ci ildə Hacıqabul şəhər uşaq musiqi məktəbinin yaradılmasının 25 ili tamam olur. Tədris müəssisəsi uşaq və yeniyetmələrin incəsənətə cəlb olunması, onların estetik zövqünün formalaşması, gənc istedadların üzə çıxarılması sahəsində əhəmiyyətli iş aparır. Hazırda məktəbdə fortepiano, violin, tar, kamança, qarmon, nağara, qaboy ixtisasları üzrə 200-dən çox şagird təhsil alır, 50-dək müəllim çalışır.
25 illik yubileyi ilə əlaqədar Hacıqabul şəhər uşaq musiqi məktəbi və məktəbin bir qrup müəllimi Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanı ilə təltif olunub.
* * *
Bu il Ağcabədi şəhər Ü.Hacıbəyli adına uşaq incəsənət məktəbinin 50 illik yubileyidir. 1965-ci ildə uşaq musiqi məktəbi kimi işə başlayan tədris ocağı 1986-cı ildən Ü.Hacıbəyli adına Ağcabədi şəhər uşaq incəsənət məktəbi kimi fəaliyyətini davam etdirir. Yarananda 2 ixtisas üzrə 50 şagird və 12 müəllim kontingenti olan məktəbdə hazırda 8 ixtisas üzrə (fortepiano, tar, qarmon, kamança, nağara, xanəndəlik, rəssamlıq, xoreoqrafiya) 450-dən çox şagird təhsil alır, 150-dək müəllim çalışır. Bu illər ərzində məktəb uşaq və yeniyetmələrin incəsənətə cəlb olunmasına, gənc istedadların üzə çıxarılmasına mühüm töhfələr verib.
50 illik yubileyi ilə əlaqədar Ü.Hacıbəyli adına Ağcabədi şəhər uşaq incəsənət məktəbi Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanı ilə təltif olunub, məktəbin bir qrup işçisi mükafatlandırılıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar