Avropa Oyunları ulduz elçisinin konserti

Mayın 31-də və iyunun 1-də Heydər Əliyev Mərkəzində Əməkdar artist, “Bakı-2015” Avropa Oyunlarının ulduz elçisi Tünzalə Ağayeva “Xoş gəldin” adlı konsert proqramı ilə çıxış edib. İfaçını “Hicaz” qrupu müşayiət edib. Proqramda müğənni populyar mahnılarının yeni variantlarını, həmçinin dünyada məşhur olan kompozisiyaları və Avropa Oyunlarına həsr edilən “Bakının üzü gülür” mahnısını səsləndirib.
Konsertdən sonra təəssüratlarını jurnalistlərlə bölüşən T.Ağayeva deyib: “Heydər Əliyev Mərkəzi kimi möhtəşəm məkanda konsert proqramı ilə çıxış etməyi çoxdan arzulayırdım. Bu konsert birinci Avropa Oyunlarına həsr olunub. Çox xoşbəxtəm ki, bu şans mənə nəsib oldu. Bakıda ilk Avropa Oyunlarının keçirilməsi tarixi hadisədir. Səhnədən insanlara demək istəyirəm ki, gəlin bu tarixi hadisəni lazımi şəkildə dəyərləndirək. Azərbaycan yeni möhtəşəm bir idman layihəsinə imza atır. Bu, qürur doğuran hadisədir. İdmançılarımıza uğurlar arzulayıram. Mahnıda deyildiyi kimi, “Bakının üzü gülsün”.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar