Mayın 20-də Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyində VIII Beynəlxalq Rostropoviç Festivalının iştirakçıları - M.Rostropoviç Fondunun təqaüdçüləri və Q.Vişnevskaya adına Opera İfaçılıq Mərkəzinin solistləri, həmçinin Azərbaycanın gənc ifaçıları ilə görüş keçirilib.
Muzeyin direktoru Şeyla Heydərova M.Rostropoviç Fondunun prezidenti və Q.Vişnevskaya adına Opera İfaçılıq Mərkəzinin bədii rəhbəri Olqa Rostropoviçi və digər qonaqları salamlayaraq paytaxtımızda ənənəvi olaraq keçirilən festivalın klassik musiqisevərlərin bayramına çevrildiyini vurğulayıb.
Fondun təqaüdçüsü A.Perlova görüşdə ilk dəfə olaraq M.Rostropoviçin “Yumoreska” əsərini ifa edib. Konsert gənc azərbaycanlı ifaçıların - O.Hüseynov (violonçel), A.İbrahimova (skripka), L.Zeynalova (fortepiano), A.Quliyev (fleyta) və E.Məmmədovanın (fortepiano) çıxışları ilə davam edib. Opera İfaçılıq Mərkəzinin solistləri Y.Petrova, Y.Savinkova, S.Li C.Puççininin “Canni Skikki”, C.Rossininin “Sevilya bərbəri” operasından parçalar ifa ediblər.
Mərkəzin bədii rəhbərinin müavini Eliso Maysuradze çıxış edərək muzeyin rəhbərliyinə minnətdarlığını bildirib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar