İyunun 10-da Heydər Əliyev Mərkəzində klassik musiqi gecəsi keçiriləcək. Konsertdə gənc virtuoz skripka ifaçısı Elvin Qəniyev Azərbaycan Televiziya və Radiosunun Niyazi adına simfonik orkestrinin müşayiəti ilə çıxış edəcək.
Əməkdar incəsənət xadimi Fəxrəddin Kərimovun dirijorluq edəcəyi proqramda Elvin Qəniyev böyük rus bəstəkarı Pyotr Çaykovskinin skripka üçün konsertini və digər əsərləri təqdim edəcək.
Elvin Qəniyev 1997-ci ildə dünyaya gəlib. Azərbaycanın Xalq artisti Sərvər Qəniyevin nəvəsi olan Elvin beş yaşından skripkada ifa etməyə başlayıb. Ankarada Bilkənt Universiteti nəzdində musiqi məktəbini bitirib. 2006-cı ildə Moskvada “Klassik irs” beynəlxalq müsabiqəsində, 2007-ci ildə skripkaçılar arasında Gülden Turalı adına müsabiqədə birincilik qazanıb. 2008-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Elvin Qəniyevin adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na salınıb və o, Prezident təqaüdünə layiq görülüb.
Virtuoz skripka ifaçısı həmçinin Polşada gənc skripkaçıların beynəlxalq müsabiqəsinin (2009), “Madrid gecələri” II beynəlxalq müsabiqə-festivalının, İsveçrədə gənc musiqiçilərin P.Çaykovski adına VII beynəlxalq müsabiqəsinin (2012), D.Oystrax adına Moskva beynəlxalq müsabiqəsinin (2013) laureatı olub.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar