İyunun 3-də Niyazinin mənzil-muzeyində böyük polyak bəstəkarı Frederik Şopenin yaradıcılığına həsr edilmiş konsert keçirilib.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin təşkilatçılığı ilə gerçəkləşən konsertdən öncə muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış edərək bəstəkarın yaradıcılığından söhbət açıb.
Sonra söz musiqiyə verilib. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professorları Ülviyyə Hacıbəyova, Leyla Məmmədəliyeva, Əməkdar artist Nərgiz Kərimova, Yelena Boqoyevskaya, Bülbül adına orta ixtisas musiqi məktəbi, Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli 11 illik musiqi məktəbinin şagirdlərinin ifasında F.Şopenin əsərləri səsləndirilib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar