İyunun 1-də Rusiya Federasiyasının Samara vilayətində işə başlayan MDB və Baltikyanı ölkələrin V Uşaq Musiqi Akademiyasında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycanın istedadlı gənc musiqiçilər də iştirak edirlər.
SSRİ Xalq artisti Yuri Başmetin himayəsi altında keçirilən tədbirdə Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdləri Zərrin Əliyeva (violin) və Orxan Hüseynov (violonçel), Bakı şəhər L. və M.Rostropoviçlər adına 21 nömrəli onbirillik musiqi məktəbinin şagirdi Xəyalə Cavadvend (fleyta) ölkəmizi təmsil edirlər. İyunun 8-dək davam edəcək tədbir müddətində görkəmli musiqiçilərlə görüşlər və ustad dərslərinin keçirilməsi planlaşdırılır.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar