22-24 may tarixində Qazaxıstanda II Beynəlxalq İncəsənət Assambleyası çərçivəsində "XXI əsrin istedadları" adlı musiqi müsabiqəsi keçirilib. Bakı şəhəri Georgi Şaroyev adında 35 saylı musiqi məktəbinin bəstəkarlıq ixtisası üzrə X sinif şagirdi Arzu Abbasova yarışmanın bəstəkarlıq nominasiyasında III yaş qrupu (15-18) üzrə qalib olaraq I dərəcəli diplomla mükafatlandırılıb. Gənc bəstəkarın müəllimi Pikə Axundovadır. Arzu Abbasova müsabiqəyə 13 yaşında bəstələdiyi “Mövzu və variasiyalar” və “Bayram sevinci” (2 fortepiano üçün) əsəri ilə qatılıb. Xatırladaq ki, bəstəkarın “Mövzu və variasiyalar” əsəri bu yaxınlarda Nyu-Yorkda keçirilən müsabiqədə fərqlənərək qaliblərin konsert proqramına salınmışdı.
“XXI əsrin istedadları” müsabiqəsində ölkəmizin digər təmsilçisi Bülbül adına orta ixtisas musiqi məktəbinin IX sinif şagirdi Tofiq Rzayev isə “Violin və fortepiano üçün instrumental silsilə” əsəri ilə birinci yerə layiq görülüb. Ayaz Qəmbərlinin yetirməsi olan Tofiq Rzayev bildirib ki, bu, onun beynəlxalq müsabiqələrdə artıq üçüncü qələbəsidir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar