Qazaxıstanın Almatı şəhərində türkdilli ölkələrin “Bala Türkvizyon 2015” birinci uşaq televiziya mahnı müsabiqəsinin seçim mərhələsi başlayıb. Bu, 2014-cü ildə ilk dəfə keçirilən “Türkvizyon” mahnı müsabiqəsinin balaca ifaçılar üçün yarışma layihəsidir. TMB (Türk Müzik Birliyi) telekanalının beynəlxalq layihəsi olan müsabiqədə 20-dən çox ölkədən, o cümlədən Azərbaycandan 8-13 yaşlı uşaqlar iştirak edəcəklər.
Layihənin baş əlaqələndiricisi İslam Bağırov yarışmanın Almatıdan başlanmasının təsadüfi olmadığını bildirib. Diqqətə çatdırıb ki, Qazaxıstan Prezidentinin qızı Aliyə Nazarbayevanın rəhbərlik etdiyi “Jandau Alemi” fondu müsabiqəyə dəstək verir.
Türkdilli xalqların birliyinin möhkəmləndirilməsində xüsusi rolu olan Azərbaycanda da yarışmanın seçim mərhələsinə hazırlıq görülür. Müsabiqənin keçirilməsində əsas məqsəd isə türk dünyasının yeniyetmə istedadlarını üzə çıxarmaq, onlar arasında sıx əlaqələr qurmaq və ortaq türk mədəniyyətini gələcək nəsillərə aşılamaq, onların bir-birini daha da yaxından tanımasına şərait yaratmaqdır.
Milli seçim turlarının birinci mərhələsində qalib adını qazananlar Türkmənistanda keçiriləcək final müsabiqəsinə vəsiqə qazanacaqlar.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar