Azərbaycanın tanınmış cazmeni, pianoçu Emil Əfrasiyab Parisdə keçirilən “Saint-Germain-des-Pres” XV Caz Festivalında çıxış edib. Avropa Azərbaycan Cəmiyyətinin Fransadakı nümayəndəliyi bundan əvvəlki festivalda olduğu kimi, bu konsertə də təşkilati dəstək göstərib. Emil Əfrasiyabın konsertində tamaşaçılar arasında ölkəmizin Fransadakı səfiri Elçin Əmirbəyov, əfsanəvi kinoulduz Klint İstvudun oğlu, məşhur gitara ustası Kil İstvud, tanınmış caz prodüseri Alain Kassimatis də olublar.
Proqram Emilin özünün yazdığı “İki dünya” əsəri ilə başlayıb. Əsərdə çevik caz tempi ilə musiqisi Şərq harmoniyası və muğamın mikrotonları qovuşub. Ardınca Azərbaycanın görkəmli caz-muğam ustadı Vaqif Mustafazadənin “Mart” əsəri saksafonda Aleksandr Madelinin müşayiəti ilə səsləndirilib. Bu əsər Emilin rapsodik girişi ilə başlayıb və insanın ruhunu sakitləşdirən sonluqla auditoriyanı dərin sükuta qərq edib. Cazmeni zərb alətlərində Rafael Pannier, saksafonda Aleksandr və bas gitarada Antoine Katz müşayiət edib.
Sonra o, öz bəstəsini - Vaqif Mustafazadənin qızı, məşhur caz müğənnisi və pianoçusu Əzizə Mustafazadəyə ithaf etdiyi “Əzizə” adlı əsərini ifa edib.
Auditoriyanın mükafatı Azərbaycan milli rəqsi “Şalaxo”nun səslənməsi də böyük maraqla qarşılanıb. Rafaelin zərb alətləri ilə uzun-uzadı dialoqdan sonra öz yerini milli alət olan balabana verib, sonda zaldan sürəkli alqış qopub.
2011-ci ildə Montrö Caz Festivalında (İsveçrə) mükafata layiq görülən Emil Əfrasiyab 2012-ci ildə hazırda yaşadığı ABŞ-a - Berkli Musiqi Kollecində ifaçılıq və bəstəkarlıq sənəti üzrə təhsil almağa gedib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar