İyunun 9-da Azərbaycan Bəstəkarlar İttifaqında bu qurumun “Azərbaycan bəstəkarları və musiqişünasları” layihəsi üzrə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə çap olunmuş yeni broşürlərin təqdimatı oldu.

İttifaqın sədri, Xalq artisti, professor Firəngiz Əlizadə tədbiri açaraq yeni nəşrlərin əhəmiyyətindən bəhs etdi, onların gənc bəstəkarlar üçün dəyərli mənbə olacağını dedi. Qeyd olundu ki, nəşrlərdə 18 görkəmli bəstəkar və musiqişünas haqqında məlumatlar əksini tapıb və bu layihə davamlı olacaq. Firəngiz Əlizadə broşürlərdə haqqında söz açılan bəstəkar və musiqişünaslardan Emin Sabitoğlu, Oqtay Rəcəbov, Zemfira Səfərova, Fərhəng Hüseynov, Azad Zahid, İmruz Əfəndiyeva və başqalarının yaradıcılığı ilə bağlı fikirlərini bölüşdü.
Əməkdar incəsənət xadimi, professorlar Həcər Babayeva, İmruz Əfəndiyeva, Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor Cəlal Abbasov, Əməkdar müəllim, pedaqoji elmlər doktoru, professor Oqtay Rəcəbov, sənətşünasıq doktoru, professor Ceyran Mahmudova, Əməkdar incəsənət xadimi Tahir Əkbər çıxış edərək layihə barədə danışdılar. Bildirildi ki, indiyə kimi bu seriyadan olan kitablar ancaq klassik bəstəkar və musiqişünaslarımız haqqında yazılırdısa, indi layihə daha geniş sayda bəstəkar və musiqişünasları əhatə edir.
Xalq artisti Firəngiz Əlizadə layihə üzrə tanınmış bəstəkar və musiqişünaslar haqqında kitab yazmaq istəyənlərə bundan sonra da dəstək veriləcəyini bildirdi.

Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar