Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-un təşəbbüsü ilə iyun ayında Ankarada türkdilli ölkələrin Gənclik Kamera Xorunun yaradılması planlaşdırılıb.
Layihədə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Başqırdıstandan gənc ifaçılar iştirak edəcək.
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə layihədə yer alan Azərbaycan ifaçıları iyunun 13-də və 16-da Ankaraya səfər edəcək. Türkdilli ölkələrin Gənclik Kamera Xorunda iştirak edəcək heyətə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri Dilarə Mahmudova, Fatimə Cəfərzadə, Aysel Qəmbərli, Taleh Yəhyayev, Mahir Tağızadə, Azərbaycan Milli Konservatoriyasının tələbələri Emin Zeynallı, Əlisafa Abbasov və M.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının tələbəsi Kamilla Heydərova daxildir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar