Sentyabrın 7-də tanınmış cazmen Emil Əfrasiyabın kvarteti Fransada Kolmar Caz Festivalının açılış konsertində çıxış edəcək. Konsert Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəstəyi ilə təşkil olunacaq. TEAS-dan bildirilib ki, konsert yerli televiziya kanalı ilə (www.tv7.fr) nümayiş etdiriləcək.
Emil Əfrasiyab 1982-ci ildə Bakıda anadan olub. Onun əsərlərində Azərbaycan muğamı ilə cazın sintezi üstünlük təşkil edir. Bu əsərlərdə intonasiyadakı təzadlar, klassik musiqidə rast gəlinən harmoniya və ritmlər özünü göstərir.