Qazaxıstanın Aktübe şəhərində faşizm üzərində Qələbənin 70, Sovet İttifaqı Qəhrəmanı Aliyə Maldequlovanın anadan olmasının 90 illiyi münasibətilə silsilə xatirə tədbirləri keçirilib.
Tədbirlərdə Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov da iştirak edib.
Üzeyir Hacıbəylinin ev-muzeyindən verilən məlumata görə, silsilə tədbirlər sırasında Rusiya və Qazaxıstanın uşaq kollektivlərinin festivalı, rəsm sərgisi, Aliyə Maldequlovanın doğulduğu Bulaq kənd stadionunda meydan tamaşası və beynəlxalq mahnı müsabiqəsi yer alıb.
Sərdar Fərəcovun da münsiflər heyətində yer aldığı müsabiqədə ölkəmizi təmsil edən M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti, müğənni Fəxri Kazım Nicat ikinci yerin sahibi olub. Həmyerlimizə diplom və pul mükafatı təqdim edilib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar