Xəbər verdiyimiz kimi, TÜRKSOY təşkilatının təşəbbüsü ilə Ankarada türkdilli ölkələrin Gənclər Xoru təşkil edilib. Kollektiv Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Tatarıstan təmsilçilərindən ibarətdir. Heyətə Elnarə Kərimova (Azərbaycan) və Gülmira Kuttibadamova (Qazaxıstan) rəhbərlik edirlər. Kollektivdə ölkəmizdə Bakı Musiqi Akademiyasının tələbələri Dilarə Mahmudova, Fatimə Cəfərzadə, Aysel Qəmbərli, Taleh Yəhyayev, Mahir Tağızadə, Azərbaycan Milli Konservatoriyasının tələbələri Emin Zeynallı, Əlisafa Abbasov və M.Lomonosov adına Moskva Dövlət Universiteti Bakı filialının tələbəsi Kamilla Heydərova yer alıb.
İyunun 15-dən məşqlərə başlayan TÜRKSOY Gənclər Xoru iyunun 22-də Türkiyə Avtomobil Yolları Baş Müdiriyyətinin ev sahibliyi ilə ilk konsertini verib. Türk respublikalarının məşhur musiqiləri ilə yanaşı, dünya klassiklərinin əsərlərinin də səsləndiyi konsertdə gənclərin ifası alqışlarla qarşılanıb.
TÜRKSOY Gənclər Xorunun 5-12 iyul tarixində Almaniyanın Maqdeburq şəhərində 2-ci Avropa Xor Festivalında, 13-16 iyulda isə “Milan EXPO-2015” dünya sərgisi çərçivəsində keçiriləcək festivalda iştirakı gözlənilir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar