2009-cu ildən başlayaraq Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Qəbələdə Beynəlxalq Musiqi Festivalı keçirilir. Bu festivallar ölkəmizdə və onun hüdudlarından kənarda böyük əks-səda doğurub. Festival konsertlərində görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak ediblər.
25-31 iyul tarixində Qəbələdə VII Beynəlxalq Musiqi Festivalının keçirilməsi planlaşdırılır. Festivalda Rusiya, Ukrayna, İtaliya, İspaniya, İsrail, Avstriya, Xorvatiya və Almaniyadan dünya şöhrətli kollektivlər və musiqiçilər - İtaliya Simfonik Orkestri, "Moskva virtuozları" Kamera Orkestri, Avstriya Vayner Akademiyasının Kamera Ansamblı, "Flamenko" ansamblı, "Dubrovnik Guitar Trio", Andrey Qavrilov, Oksana Yablonskaya, Cankarlo Pazolini, Janna Gandelman, Aleksandr Rojdestvenski, Jeremi Menuxin, Paul Meyer, Aleksandr Gindin, Taras Yaqopud və başqaları iştirak edəcəklər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar