İstanbul Opera və Balet Teatrının baş dirijoru, Azərbaycanın Əməkdar incəsənət xadimi Elşad Bağırov iyunun 18-də Türkiyənin Semiha Berksoy Opera Vəqfi tərəfindən "Uğur və Şöhrət" mükafatına layiq görülüb. Türkiyədə incəsənət aləminin mötəbər mükafatlarından olan "Uğur və Şöhrət" mükafatı opera sahəsində bacarıq və istedadı ilə seçilən, həyatını bu sənətə həsr edən insanlara təqdim edilir.
Azərbaycanlı dirijor Elşad Bağırov uzun illər ərzində qardaş ölkənin opera və balet sənətini böyük uğurla təmsil etdiyinə görə bu mükafatla təltif olunub. Semiha Berksoy Opera Vəqfi və münsiflər heyəti yaradıcılığını Türkiyə opera və balet sənətinin inkişafına həsr edən soydaşımıza bu mükafatı təqdim etməkdən böyük fəxr duyduğunu bildirib.
Mükafatın təqdimat mərasimi Bakıda keçirilən I Avropa Oyunlarına təsadüf etdiyi üçün dirijor həmin vaxt doğma şəhərdə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Avropa Oyunları münasibətilə tərtib olunan mədəni proqramda iştirak edirdi. Dirijorun Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri ilə birgə konserti anşlaqla keçib. "Uğur və Şöhrət" mükafatı Türkiyədə dirijorun xanımı Züleyxa Qarayeva-Bağırovaya təqdim edilib.
Qeyd edək ki, İstanbul Dövlət Opera və Balet Teatrında 1986-cı ildən fəaliyyət göstərən Elşad Bağırov indiyədək 35 premyeraya dirijorluq edib. Bu sırada azərbaycanlı bəstəkarların əsərləri də yer alıb.

Lalə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar