Oktyabrın sonu - noyabrın əvvəllərində Bakıda ənənəvi beynəlxalq caz festivalı keçiriləcək. Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının simfonik estrada orkestri festivala hazırlıqla bağlı məşqlərə başlayıb.
Orkestrin bədii rəhbəri, Əməkdar incəsənət xadimi Salman Qəmbərov bildirib ki, kollektiv Azərbaycan və xarici bəstəkarların musiqi əsərlərini yeni təqdimatda səsləndirəcək.
Festivalda müxtəlif ölkələrdən ifaçılarla yanaşı Salman Qəmbərov da pianinoda çıxış edəcək. Əməkdar incəsənət xadiminin təqdim edəcəyi musiqi nömrəsi "Mənim nənəm" adlı səssiz gürcü filminə improvizədir. Qeyd edək ki, S.Qəmbərov 1930-cu ildə Bakı studiyasında çəkilmiş "Lətif" səssiz filminə də musiqi improvizə edib.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar