Litvanın Moletiya şəhərində “Göllərin səpələnməsi - 2015" festivalı keçirilib. İyulun 2-də başlayan musiqi bayramında Azərbaycan, Rusiya, İtaliya, Ukrayna, Gürcüstan, Avstraliya və başqa ölkələrdən folklor qrupları iştirak edib.

Ölkəmizi təmsil edən Şəmkirin folklor qrupunun çıxışı tamaşaçılar tərəfindən böyük şövqlə qarşılanıb. Azərbaycan nümayəndə heyətinin üzvləri Moletiya şəhərinin meri tərəfindən qəbul edilib, fəxri fərmanla və hədiyyələrlə təltif olunublar.
İyulun 4-də folklor qruplarının Şvençenisu şəhərində paradı keçirilib. Paraddan sonra şəhərin meri təmsilçilərimizə fəxri fərman və hədiyyələr təqdim edib. Eyni zamanda Şəmkir Rayon İcra Hakimiyyətinin loqosu və hədiyyə paketi Şvençenisu şəhərinin merinə təqdim edilib.
İyulun 6-da Şaulyay şəhərində keçirilən ""Günəşin çiçəyi"" festivalında da ölkəmiz uğurla təmsil olunub. Şəmkirin “Şəms” vokal instrumental ansamblı və muğam kollektivinin çıxışları gurultulu alqışlarla qarşılanıb. Cavanşir Bayramov ""Sarı gəlin"" mahnısı ilə festivalda 3-cü yerə layiq görülüb. Sərkar Əliyev isə simli alətlər kateqoriyasında birinci yeri qazanıb. ""Günəşin çiçəyi"" festivalında 12 ölkə iştirak edib.
İyulun 7-də Şaulyay şəhərində Şəmkir rayon nümayəndə heyətinin şəhər meriyasının nümayəndələri ilə rəsmi görüşü keçirilib. Şəmkir rayon İcra Hakimiyyəti başçısının müavini Sona Əliyeva, rayon Gənclər və İdman İdarəsinin rəisi Emin İsmayılov, İcra Hakimiyyətinin əməkdaşı Könül Qələndərovanın iştirak etdiyi görüşdə 22 oktyabr 2014-cü il tarixdə Şəmkir və Şaulyay şəhərləri arasında imzalanmış “Niyyət protokolu”na əsasən humanitar və sosial sahədə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində müzakirələr aparılıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar