Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə sentyabrın 22-də “Ədəbiyyat marafonu” layihəsi keçiriləcək. Layihənin əsas məqsədi yeniyetmə və gənclər arasında bədii və elmi ədəbiyyata olan marağı artırmaqdır.
Layihə çərçivəsində 30 yeniyetmə və gənc üçün ədəbiyyat gecəsi təşkil olunacaq, Azərbaycanın tanınmış yazarları ilə gənclərin görüşü olacaq. Daha sonra 30 gənc arasında “Ədəbiyyat marafonu” adı altında intellektual müsabiqə keçiriləcək. Müsabiqənin sonunda iştirakçılara sertifikatlar veriləcək və qaliblərə hədiyyə təqdim olunacaq.
Layihənin sonunda iştirakçılar tərəfindən “Hər gəncə bir kitab” adlı fləşmob təşkil ediləcək. Fləşmob zamanı gənclərə ədəbiyyat haqqında müxtəlif suallar verərək kitabla mükafatlandıracaqlar. Müsabiqədə iştirak üçün qeydiyyatın son tarixi 15 sentyabrdır.