Azərbaycanlı qanun ifaçısı Natəvan Həsənova iyulun 5-də ABŞ-da keçirilən "American Protege International Concerto Competition 2015" beynəlxalq müsabiqəsində professional musiqiçilər kateqoriyasında birinci yerə layiq görülüb. Musiqiçimiz müsabiqədə ən yüksək performansa görə də mükafatlandırılıb.
Bu barədə məlumat verən Natəvan Həsənova bildirib ki, Nyu-York şəhərindəki "Carnegie Hall"da reallaşan müsabiqəyə bir çox ölkələrdən musiqiçilər qatılıb.
Qeyd edək ki, Natəvan Həsənova Azərbaycan Milli Konservatoriyasında qanun müəlliməsi və Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının xalq çalğı alətləri ansamblının solistidir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar