2016-cı ildə “Eurovision” mahnı müsabiqəsi İsveçin paytaxtı Stokholmun “Qloben” arenasında keçiriləcək. Bu barədə müsabiqənin təşkilatçısı - İsveçin CBT telekanalı məlumat verib.
İsveçli ifaçı Mons Zelmerlöv bu ilin mayında Vyanada 60-cı “Eurovision” mahnı müsabiqəsində qalib gələndən sonra bu Skandinaviya ölkəsində növbəti mahnı müsabiqəsinin keçirilməsi üçün məkan axtarışına başlanıb. “Eurovision” müsabiqəsini keçirmək hüququ uğrunda üç arena - Stokholmun “Qloben”, Heteborqun “Skandinavium” və Linçöpinqin “Saab” arenaları rəqabət aparıb. Amma sosial şəbəkələrdə müxtəlif onlayn-kampaniyalara baxmayaraq, təşkilatçılar “Qloben” arenasını seçiblər







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar