İyulun 13-də "Slavyan bazarı Vitebskdə" XXIV Beynəlxalq İncəsənət Festivalının Ulduzlar Xiyabanında Azərbaycanın Rusiyadakı səfiri, tanınmış müğənni və bəstəkar Polad Bülbüloğlunun ulduzu parlayıb.

Belarus Prezidentinin "İncəsənət vasitəsilə sülhə və qarşılıqlı anlaşmaya doğru" xüsusi mükafatı laureatlarının Ulduzlar Xiyabanında artıq 11-ci ulduzunun təntənəli açılışı festivalın əsas konsert meydanının - Yay Amfiteatrının yanında olub. Bu il bu şərəfə "Vitebsk-2015" beynəlxalq estrada mahnısı müsabiqəsinin münsiflər heyətinin sədri, Azərbaycanın Xalq artisti Polad Bülbüloğlu layiq görülüb.
Polad Bülbüloğlu deyib: "Mən 70 illiyimdə belə bir hədiyyə aldığıma görə təşəkkür edirəm və həyəcan içindəyəm. Yaradıcılığıma və yubileyimə göstərdiyi diqqətə görə Belarus Prezidenti Aleksandr Lukaşenkoya təşəkkür edirəm. Çox sevinirəm ki, ulduzum məhz Belarusda açılıb. Biz əvvəllər bir ölkədə yaşamışıq, Böyük Vətən müharibəsində bir yerdə zəfər qazanmışıq. Bu da bizim ümumi yaddaşımızdır, bizim nəslin qırıb ata bilməyəcəyi bir əlaqədir. "Slavyan bazarı Vitebskdə" festivalı narahat dünyamızda mədəniyyətin, musiqinin və ifaçılığın çiçəkləndiyi bir adadır. Biz bir neçə gün ərzində dünyanın 41 ölkəsindən istedadlı ifaçıların çıxışlarına tamaşa etdik”.
Sənətkar etiraf edib ki, uzun illər əvvəl yazdığı və oxuduğu mahnılarının Belarusda xatırlandığını və hələ də ifa olunduğunu bilmək onun üçün xoşdur. Ulduzun açılışında Vitebskin gənc ifaçılardan ibarət "Yeqoza" ansamblı onun mahnılarından ibarət popurri oxuyanda məmnuniyyətlə onlarla birlikdə zümzümə edib. O, səmimi qəbula və beynəlxalq müsabiqənin münsiflər heyətinin sədri olmaq şərəfinə layiq görüldüyünə görə mərasimdə iştirak edən Belarusun mədəniyyət naziri Boris Svetlova təşəkkür edib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar