Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi tərəfindən musiqi məktəbləri üçün metodiki vəsaitlər hazırlanaraq nəşrə göndərilib. Bunlar "Vokal", "Dirijorluğun əsasları", "Xor", "Azərbaycan xalq musiqi yaradıcılığı", "Violonçel", "Saz sinfi", "Xanəndəlik", "Alt" və "Skripka" adlı uşaq musiqi və incəsənət məktəbləri üçün proqramlardır. Poqramların yeni tədris ilində istifadəsi nəzərdə tutulub. Bunlarla yanaşı, uşaq musiqi və incəsənət məktəblərində tədris üçün bir sıra metodiki vəsaitlər və tövsiyələr hazırlanıb.
Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Vilayət İsmayılov bildirib ki, metodiki vəsaitlər qurumun illik iş planına daxildir və mərkəzin bədii təhsil şöbəsi tərəfindən hazırlanıb.
Qurum tərəfindən ötən illərdə də musiqi məktəbləri üçün çoxsaylı metodiki vəsait çap olunduğunu deyən V.İsmayilov vurğulayıb ki, müxtəlif müəssisələrdə çalışan mütəxəssislər öz dərs vəsaitləri ilə müraciət edirlər. Mərkəzin elmi-metodiki qrupu onları müzakirə edir, metodiki vəsait kimi istifadəsinə rəy verir. Müzakirə zamanı vəsaitin proqrama və müasir tələblərə uyğunluğu, əhatəliliyi yoxlanılır.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar