Xəbər verdiyimiz kimi, iyulun 25-dən 31-dək Qəbələ şəhərində VII Beynəlxalq Musiqi Festivalı keçiriləcək.
2009-cu ildən etibarən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə gerçəkləşən Qəbələ musiqi festivalı bu dəfə də müxtəlif ölkələrdən tanınmış kollektivləri, solist və dirijorları bir araya gətirəcək. Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən festivalda İtaliya Simfonik Orkestri, “Moskva virtuozları” kamera orkestri (Rusiya), Avstriya Vayner Akademiyasının kamera ansamblı, “Flamenko” ansamblı (İspaniya), “Dubrovnik Guitar Trio” (Xorvatiya), habelə Ukrayna, İsrail və Almaniyadan məşhur musiqiçilər iştirak edəcək.
Festivalın konsertləri Qəbələdəki “Qafqaz Resorte” hotelinin kamera musiqisi zalında və açıq havada keçiriləcək. Musiqi bayramının ilk günü (25 iyul) əvvəlcə kamera zalında “Vayner Akademiya” kamera orkestrinin (Avstriya) konserti olacaq. Həmin gün axşam isə açıq səhnədə Qəbələ VII Beynəlxalq Musiqi Festivalının təntənəli açılışı olacaq. Gecədə İtaliya Simfonik Orkestri çıxış edəcək.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar