Rusiyanın V.Safonov adına Şimali Qafqaz Dövlət Filarmoniyasında (Kislovodsk şəhəri) 20-ci Beynəlxalq Akademik Musiqi Festivalının açılış mərasimi keçirilib. Tanınmış dirijor və solistlərin qatıldığı festivalda beynəlxalq müsabiqələr laureatları, həmyerlimiz Əyyub Quliyev də iştirak edir.

Azərbaycanlı dirijor bildirib ki, V.Safonov adına Filarmoniyanın 120 illik və görkəmli bəstəkar Pyotr Çaykovskinin 175 illik yubileyinə həsr olunmuş festival çərçivəsində keçirilən bütün konsertlərin proqramlarına bu dahi bəstəkarın əsərləri daxil edilib.
İyulun 18-19-da beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru Əyyub Quliyevin rəhbərliyi ilə keçirilən konsertlərdə P.Çaykovskinin “Manfred” simfoniyasi, violonçel və orkestr üçün “Rokoko” variasiyaları, “Yevgeni Onegin” operasından fraqmentlər, soprano və orkestr üçün romansları səslənib. Konsertin proqramında məşhur ifaçılar - Sankt-Peterburq “Musiqi Evi”nin prezidenti, Rusiyanın Xalq artisti, professor Sergey Roldugin (violonçel) və Rusiyanın Əməkdar artisti, Mariinsk Teatrının solisti Yelena Mirtova (soprano) iştirak ediblər. Böyük uğurla keçən konsertin sonunda tamaşaçılar musiqiçiləri ayaq üstə alqışlayıblar.
Festivalın növbəti günü italyan bəstəkarı Coakkino Rossininin “Sevilya bərbəri” operasının yeni quruluşda premyerası keçirilib. Moskvadan dəvət olunmuş rejissor Alla Çepinoqanın quruluş verdiyi operaya Əyyub Quliyev dirijorluq edib. Tamaşada Rusiyanın tanınmış vokalçıları - “Gelikon Opera”nın solistləri Dmitri Ovçinnikov, Dmitri Drunov, Sergey Maydanov, Yelena Filimonova, Mixail Xojigirov və Eleonora Kiprenskaya çıxış ediblər.
Qeyd edək ki, Ə.Quliyev V.Safonov adına Rusiya Akademik Simfonik Orkestrinin əsas dəvətli dirijoru kimi 2013-cü ildən burada fəaliyyət göstərir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar