Xalq artisti, ustad xanəndə Alim Qasımov və sənətkarın qızı Əməkdar artist Fərqanə Qasımova iyulun 18-də Polşada keçirilən "Jarocin 2015" musiqi festivalında çıxış ediblər.
Muğam ifaçılarımız Polşanın "Vovo" musiqi qrupu ilə birgə çıxış edib və müxtəlif musiqi nömrələri səsləndiriblər. "Vovo" qrupunun iki mahnısını duet şəklində oxuyan xanəndəmizin ifası qrupun son diskində yer alıb. Bu səbəbdən qrupun solistləri "Jarocin 2015" festivalı ərəfəsində Alim Qasımovla bu mahnıları canlı ifa etmək istəyiblər. İfa zamanı həmvətənlərimizi polşalı qrup müşayiət edib.
Qeyd edək ki, Alim Qasımovun növbəti konsert proqramı avqust ayında Malayziyada reallaşacaq.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar