Xəbər verdiyimiz kimi, Azərbaycanın və SSRİ-nin Xalq artisti, görkəmli müğənni Fidan Qasımova Böyük Britaniyanın Kembric Universitetinin tərtib etdiyi ensiklopediyada dünyanın ən tanınmış ifaçısı adına layiq görülüb. Bu münasibətlə iyulun 27-də London şəhərində konsert proqramının keçirilməsi planlaşdırılıb.
Konsertdə Fidan Qasımova ilə bərabər bacısı, Xalq artisti Xuraman Qasımova da iştirak edəcək. Görkəmli müğənnilərin Azərbaycan və dünya klassik musiqilərindən ibarət proqramla çıxış etməsi nəzərdə tutulur. Səfər Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçiriləcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar