Sentyabrın 13-də Lamuryö orkestri Parisin “Champs-Elysees” teatrında mövsümü, habelə “İpək və Od” (“De Soie et de Feu”) festivalını Azərbaycan incəsənət ustalarının çıxışı ilə açacaq.
Orkestrə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev dirijorluq edəcək. Konsertdə kamançada Elşən Mansurov, tarda Malik Mansurov, fortepianoda Emil Əfrasiyab, Murad Hüseynov, skripkada Səbinə Rakçeyeva, Nəzrin Rəşidova çıxış edəcəklər.
Festivalın rejissoru Lamuryö orkestrinin yeni bədii rəhbəri Pyer Tillodur.
Konsertdə Ü.Hacıbəyli, P.Dyuka, Q.Qarayev, F.Əmirov, H.Xanməmmədov, V.Mustafazadə və P.Tilloyun əsərləri səsləndiriləcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar