İsfar Sarabskinin çıxışı alqışlarla qarşılanıb

Londonun “Ronnie Scott’s” caz klubu Avropanın ən məşhur klublarından biridir. 1959-cu ildə məşhur britaniyalı saksofonçu cazmen Roni Scots tərəfindən yaradılmış bu klub dünyanın aparıcı caz ifaçılarının üzünə açıqdır. Bu günlərdə Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşkil etdiyi konsertdə caz sənəti pərəstişkarlarından ibarət auditoriya azərbaycanlı pianoçu və cazmen İsfar Sarabskinin ifasını dinləmək imkanı qazandı.
Ritmik hissəyə keçməzdən əvvəl çıxışını “Dejavu” əsərinə incə, rapsodiya tərzli girişlə başlayan cazmen daha sonra rus bəstəkarı Pyotr Çaykovskinin “Qu gölü” əsərindən parçalardan ibarət variasiyalarına düşüncəli və mistik giriş etdi. İfaçının çevik barmaqları qeyri-mümkün sürətdə rəqs edən qu quşları təsəvvürünü canlandırırdı.
İntrospektiv “Prelude” kompozisiyası isə həyəcanlı auditoriyanı tam sükut içində saxlamağa imkan yaradırdı. Daha sonra İsfar kompozisiyanı şən tempə keçirir və səhnəni innovativ və inandırıcı solo ifa edən barabançı Korri Dikə verir.
“Edge” kompozisiyası İsfarın muğam təsiri altında yaranmış harmoniyalarını kəşf edir. O, hipnotik ritmdən istifadə edir və onun caz, klassik və milli Azərbaycan musiqisinin təsirindən formalaşmış unikal üslubda ifasını nümayiş etdirir.
Caz gecəsi İsfarın ən məşhur kompozisiyalarından biri “G Man” adlı əsərin ifası ilə başa çatdı. Cazsevərlərin coşqulu reaksiyası İsfarın bu kluba yenidən qayıdacağı barədə heç bir şübhə qoymadı.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar