Avqustun 25-də Özbəkistanın Səmərqənd şəhərində "Şərq təranələri" beynəlxalq musiqi festivalı başlanıb. UNESCO-nun iştirakı ilə iki ildən bir keçirilən nüfuzlu musiqi tədbirində dünyanın 80-dən çox ölkəsinin musiqiçiləri iştirak edir. Azərbaycan musiqiçiləri "Şərq təranələri" festivalında daim uğurlu iştirak ediblər. Ötən illərdə dünya şöhrətli xanəndə Alim Qasımov, tanınmış muğam ifaçıları Simarə İmanova, Zabit Nəbizadə, Aygün Bəylər, Qoçaq Əskərov və Arzu Əliyevanın çıxışları yüksək qiymətləndirilib.

Bu il "Şərq təranələri" festivalında ölkəmizi Əməkdar artist, gənc xanəndə Təyyar Bayramovun rəhbərlik etdiyi "Buta" musiqi qrupu təmsil edir. Xanəndəni əməkdar artistlər Elçin Həşimov (tar) və Elnur Əhmədov (kamança) müşayiət edəcək. Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə, 10-cu dəfə keçirilən festivalın yubiley tədbirlərinə fəxri qonaq kimi ötən illərdə Qran-pri mükafatına layiq görülmüş müğənnilər dəvət alıblar. Azərbaycandan yubiley tədbirlərində "Şərq təranələri"nin ilk iştirakçısı və Qran-pri mükafatçısı (1997) Xalq artisti Simarə İmanova fəxri qonaq kimi iştirak edir. Festival çərçivəsində "Ən yaxşı milli musiqi və musiqi alətlərini ifa edənlər" arasında müsabiqə, habelə elmi-nəzəri konfrans da keçiriləcək. Konfransda Azərbaycandan musiqişünas alimlər Lalə Hüseynova və Zümrüd Dadaşzadə musiqi sahəsinin aktual məsələlərinə dair məruzə ilə çıxış edəcəklər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar