26 avqust – “Beynəlxalq Azərbaycan muğam günü” münasibətilə Balakən rayon Mədəniyyət Mərkəzində tədbir keçirilib.

İştirakçılar əvvəlcə Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Azərbaycan muğamlarının qorunmasında və təbliğində misilsiz xidmətləri olan Mehriban xanım Əliyevanın fəaliyyətindən bəhs edən videoçarxa baxıblar.

Sonra səhnəyə muğam müsabiqəsinin qalibi, Prezident təqaüdçüsü Abgül Mirzəliyev çıxıb. Onun ifa etdiyi muğamlar tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanıb.

Balakən rayonunda muğam ifaçılığına maraq getdikcə artır. Əlamətdar gün münasibətilə təşkil olunan konsertdə balakənli həvəskar muğam ifaçıları da öz məharətlərini nümayiş etdiriblər. Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Kaman” instrumental ansamblının müşayiəti ilə Gülşən Bayramova, Rasim Əliqayev, Elman Əzimov və Rəmzi Mincivanlının oxuduqları muğamlar, Kəmalə Qafarova və Arzu Ocaqverdiyevin ifalarında səslənən qəzəllər tamaşaçılarda rəğbət doğurub.

Beynəlxalq Azərbaycan muğam günü 2010-cu ildə Kanadanın Niaqara şəhərinin meriyası və ənənəvi olaraq hər il keçirilən beynəlxalq Niaqara musiqisi festivalının rəhbərliyi tərəfindən qəbul olunub. Bu, xalqımızın milli sərvəti olan muğamın bəşəri musiqiyə çevrildiyini təsdiq edən daha bir faktdır.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar