Rumıniyanın məşhur bəstəkarı, skripka ifaçısı Corce Eneskunun (George Enescu) xatirəsinə həsr olunmuş musiqi festivalı təşkil olunub. 22-ci beynəlxalq Corce Enesku festivalı sentyabrın 20-dək davam edəcək.
Beynəlxalq musiqi bayramına hər il çoxlu sayda xarici qonaqlar qatılır. Bu il 3 minə yaxın yerli və xarici sənətçilərin yer aldığı tədbir ölkənin beynəlxalq arenada ən önəmli əhəmiyyət kəsb edən musiqi festivalı hesab edilir. Festivalda görkəmli sənətkarın 22 musiqi əsəri tədbirə dəvət almış müxtəlif dünya orkestrləri tərəfindən səsləndiriləcək.
Qeyd edək ki, Corce Enesku (1881-1955) Rumıniya peşəkar musiqisinin yaradıcılarından biridir. Dünya şöhrətli bəstəkarın Bakıda da abidəsi ucaldılıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar