Sentyabrın 13-də Parisdə “Theatre des Champs Elysees” konsert zalında “İpək və Alov” musiqi festivalının açılış konserti olub.
Konsertdən əvvəl “Lamuğö” orkestrinin bədii rəhbəri Pyer Tilua ilə görüş keçirilib. Görüşdə fransalı bəstəkar Azərbaycana ilk səfəri, ölkəmizin tanınmış musiqiçiləri haqqında ətraflı məlumat verib.
Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov “İpək və Alov” festivalının təşkilinə görə təşəkkür edib. O, tamaşaçıları Müluzda keçirilən musiqi festivalını izləməyə dəvət edib.
Dirijor Əyyub Quliyevin rəhbərliyi ilə “Lamuğö” orkestri Üzeyir Hacıbəylinin “Koroğlu” operasının uvertürasını səsləndirib. Proqramda Qara Qarayevin, Fikrət Əmirovun, Hacı Xanməmmədovun, Vaqif Mustafazadənin əsərləri tamaşaçıların sürəkli alqışları ilə qarşılanıb və musiqiçilər dəfələrlə səhnəyə dəvət olunublar. Emil Əfrasiyab və Murad Hüseynovun ifaları da tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Konsertin sonunda bəstəkar Pyer Tiluanın “Exil” (“Sürgün”) əsəri təqdim olunub.
Qeyd edək ki, artıq 15 ildir Azərbaycanla sıx əlaqələri olan Pyer Tilua ölkəmizlə bağlı “Yanar dağ” və Xocalı soyqırımına həsr etdiyi “Khodjaly 613” musiqi əsərlərinin müəllifidir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar