Sentyabrın 22-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində VII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində kamera musiqisi konserti keçirilib.
Tədbirdə sənətşünaslıq üzrə fəlsəfə doktoru, Bakı Musiqi Akademiyasının dosenti Xatirə Həsənzadə Üzeyir Hacıbəylinin Azərbaycan musiqi mədəniyyətində əvəzsiz xidmətlərindən söhbət açıb.
"Üzeyir Hacıbəyli təsviri incəsənətdə" adlı slayd-şou, AMMDM-in arxiv materialları əsasında Üzeyir Hacıbəylinin həyat və yaradıcılığını əks etdirən fotosərgi, həmçinin Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Teatr Muzeyi və Rəssamlıq Akademiyasının materialları əsasında hazırlanmış sərgi nümayiş olunub. Sərgidə dahi bəstəkarın əsərlərinin tamaşalarına çəkilmiş dekorasiyalar, eskizlər və s. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının "Musiqi təsviri incəsənətdə" adı altında rəsm əsərləri və xalça təqdim edilib.
Tədbir Ziba Rəcəbli (alt), BMA-nın baş müəllimi İlahə Sadıxzadə (fortepiano), Dilarə Əliyeva, Fatimə Cəfərzadə, Məmməd Rəcəbli (klarnet), İtaliyanın Ozimo Musiqi Akademiyasının tələbəsi Məhərrəm Hüseynlinin ifalarında kamera musiqisi konserti ilə davam edib.
Sonda Xalq rəssamı Arif Hüseynov rəsm əsərlərini muzeyə hədiyyə edib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar