VII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində daha bir konsert Beynəlxalq Muğam Mərkəzində gerçəkləşib. Konsertdə festivalın iştirakçısı olan Rusiya Akademik Böyük Teatrının brass-kvinteti çıxış edib.
Qonaqlar Bakıda ilk dəfə olduqlarını bildirib və şəhərimiz haqqında xoş təəssüratlarını bölüşüblər.
Qeyd olunub ki, kollektiv ötən əsrin 80-ci illərində yaranıb. Moskva Böyük Teatr Orkestrinin tərkibində fəaliyyət göstərən qrupa Aleksey Kornilyev (truba, flügelqorn), Yevgeni Quryev (truba), Aleksandr Jbanov (turba), Aleksey Rayev (valtorna) və Erkin Yusupov (trombo) daxildir. Kollektiv son dövrlərdə bir çox konsert və festivalların iştirakçısı olublar.
Görkəmli Qərb bəstəkarlarının əsərlərinin səsləndiyi konsert maraqla qarşılanıb.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar