Heydər Əliyev Fondu və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli VII Beynəlxalq Musiqi Festivalının konsert proqramları davam edir.
Sentyabrın 19-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Latviyanın Liyepaya Simfonik Orkestri konsert proqramı ilə çıxış etdi. Konsertdə Qara Qarayevin “Don Kixot” simfonik qravürləri, Rixard Ştrausun “Tod und Verklörung” simfonik poeması, Klod Debüssinin “Noktürn № 2” və digər əsərlər səsləndirildi.
Konsertin dirijoru Xalq artisti Yalçın Adıgözəlov idi. Tamaşaçıların marağına səbəb olan konsert proqramı alqışlarla qarşılandı.
Sentyabrın 20-də Liyepaya Simfonik Orkestrinin filarmoniyada daha bir konserti oldu. Gecədə Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər Xalq artisti Gülbacı İmanova) da çıxış etdi. F.Pulenkin “Qloriya” oratoriyası, M.Musorqskinin “Sərgidən rəsmlər”i təqdim olundu.
Sentyabrın 21-də festival çərçivəsində Beynəlxalq Muğam Mərkəzində Rusiya Böyük Teatrının nəfəsli alətlər kvintetinin konserti də maraqla qarşılanıb. Kvintet dünyanın çox ölkələrində qastrol səfərlərində olub. Onun repertuarında P.Çaykovski, A.Lyadov, A.Rubinşteyn, M.Musorqski, S.Prokofyev və başqa bəstəkarların əsərləri yer alıb.

Fariz







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar