Sentyabrın 21-də paytaxtdakı Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində Üzeyir Hacıbəyli VII Beynəlxalq Musiqi Festivalı çərçivəsində daha bir tədbir reallaşıb.
Məktəbdə Avropa Musiqi Akademiyasının prezidenti Paolo Petrorelli, Estoniyanın tanınmış skripkaçısı Mina Yarvi və italyan pianoçu Mikele Kampanellanın iştirakı ilə ustad dərsi və açıq dərs keçirilib.
Mədəniyyətin ölkələr arasında sülhə xidmət etdiyini söyləyən xarici qonaqlar Bakıda ilk dəfə olduqlarını bildiriblər və öncə şəhərimiz haqqında xoş təəssüratlarını bölüşüblər. Sonra Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin və T.Quliyev adına 12 nömrəli onbirillik musiqi məktəbinin şagirdlərinin skripka və pianoda ifaları dinlənilib.
Konsertdə Bax, Mendelson, Paqanini və digər Avropa bəstəkarlarının əsərləri səsləndirilib.
Şagirdlərin ifalarını rəğbətlə qarşılayan qonaqlar onlara ustad tövsiyələri veriblər.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar