Sentyabrın 23-də VII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində Opera və Balet Teatrında məşhur italyan bəstəkarı Cakomo Puççininin “Manon Lesko” operasının konsert ifası təqdim olundu.
Tamaşanın musiqi rəhbəri və dirijoru Xalq artisti, professor Cavanşir Cəfərov, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, konsertmeysterlər Vəfa Əzizova, Roza Səlimova, tamaşanı idarə edən Əməkdar mədəniyyət işçisi Kamil Sultanov idi. Operada obrazları Xalq artisti Samir Cəfərov (Kavaler de Qrie), əməkdar artistlər Afaq Abbasova (Manon Lesko), Əkrəm Poladov (Qeront de Ravuar), Anton Ferştandt (Lesko) və başqaları ifa edirdilər.
C.Puççini yaradıcılığının möhtəşəm nümunəsi hesab olunan “Manon Lesko” operası ilk dəfə 1893-cü il fevralın 1-də İtaliyanın Turin şəhərində səhnəyə qoyulub. Operanın librettosu Antuan Fransua Prevonun “Kavaler de Qrie və Manon Leskonun hekayəsi” kitabı əsasında yazılıb.
Əsərdə hadisələr XVIII əsrin ikinci yarısında Fransada və Amerika müstəmləkələrinin birində cərəyan edir.
Qavrda avaralıq və yüngül həyat tərzinə görə mühakimə olunan qadınları Amerika koloniyasına aparacaq gəmi yola çıxmağa hazırlaşır. Manon da bu qadınların içərisindədir. De Qrie və Lesko keşikçiləri ələ alaraq Manonu qaçırmaq istəyirlər. Lakin onların planı baş tutmur... Sürgündəkilərin həyatı çox ağır keçir. Üstəlik düşərgə rəisinin oğlu Manona sahib olmaq istəyir. De Qrie isə onu öldürür. Manon və de Qrie yenidən qaçmağa məcbur olurlar. Manon de Qrienin qolları arasında ölür: “Mənim günahımı zaman ört-basdır edəcək, cinayətlərim unudulacaq. Lakin mənim məhəbbətim heç bir zaman sönməyəcək”.
Dünya səhnələrində alqışlar qazanan operanın konsert ifası Azərbaycan tamaşaçılarının da marağına səbəb oldu.

Rəsul Şirinov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar