“Kainat” Gənclik Mərkəzi artıq bir neçə ildir ki, respublikamızın mədəni həyatında özünə yer tutmuş layihə - Beynəlxalq Uşaq Muğam Festivalı keçirir. Gənclər və İdman, Mədəniyyət və Turizm nazirliklərinin dəstəyi, “PAŞA Bank”ın baş sponsorluğu ilə bu il 7-ci dəfə gerçəkləşəcək festival oktyabrın 21-də Beynəlxalq Muğam Mərkəzində səkkiz ölkənin (Azərbaycan, İran, İraq, Misir, Özbəkistan, Tacikistan, Qazaxıstan, Türkiyə) təmsilçilərini bir araya gətirəcək.
Gənc muğam ifaçılarının çıxışları Xalq artisti, professor Ağasəlim Abdullayevin rəhbərlik etdiyi münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Fərqlənənlər üçün iki 3-cü yer, iki 2-ci yer, bir 1-ci yer və 1 baş mükafat (Qran-pri), habelə 5 həvəsləndirici mükafat və xüsusi mükafatlar nəzərdə tutulub.
Festivala hazırlıq işləri yekunlaşmaq üzrədir. Respublika üzrə seçim turları yerli gənclər və idman idarələrinin, mədəniyyət və turizm şöbələrinin iştirakı, İctimai Televiziya və Radionun informasiya dəstəyi nəticəsində uğurla başa çatıb. Bakı, Abşeron və Sumqayıt üzrə seçim turu sentyabrın 26-da V.Mustafazadə adına 2 saylı incəsənət məktəbində keçirilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar