P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının böyük salonunda Azərbaycanın Əməkdar artisti, Rusiya Böyük Teatrının aparıcı solisti Dinara Əliyevanın “Opera art” beynəlxalq musiqi festivalı açılıb.
Festivalın beş konsertinin proqramına dünya operasının inciləri - P.Çaykovskinin “İolanta”, C.Verdinin “Traviata” operaları, “Verdi-qala” və “Puçini-qala” proqramları, eləcə də Neopolitan mahnıları və İtaliya sarsuelaları daxildir.
Festivalda Dinara Əliyevanın səhnə tərəfdaşları dünya şöhrətli opera artistləridir. Onların arasında Azərbaycan səhnəsinin baritonu Əvəz Abdulla, məşhur amerikalı tenor Çarlz Kastronovo, alban tenoru Saymir Pirqu, türk Murat Karaxan da var. P.Çaykovski və C.Verdinin operalarının konsert ifasında Böyük Teatrın solisti Nikolay Didenko və digər rusiyalı musiqiçilər iştirak edəcəklər.
“Opera art” festivalının ifaçılarını Y.F.Svetlanov adına Rusiya Dövlət Simfonik Orkestri, “Novaya opera” və “Orfey” orkestrləri müşayiət edəcək. Dinara Əliyeva “Opera art” festivalını təkcə Moskvada deyil, dünyanın bir çox ölkələrində keçirməyi planlaşdırır.









Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar