Oktyabrın 9-da Azərbaycan Dövlət Filarmoniyasında Xalq artisti, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru, professor Rauf Abdullayevin yaradıcılığının 50 illiyi münasibətilə konsert keçiriləcək. Yaradıcılıq gecəsində Azərbaycan Dövlət Simfonik Orkestri maestronun dirijorluğu ilə Y.Bramsın "4 saylı" və Malerin "1 saylı" simfoniyası səsləndirəcək.
Rauf Abdullayev 1937-ci ildə anadan olub. 1959-cu ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib, Sankt-Peterburq Dövlət Konservatoriyasında dirijorluq təhsili alıb. 1965-1984-cü illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının baş dirijoru, 1984-cü ildən Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin, 1991-1994-cü illərdə Ankara Dövlət Opera və Balet Teatrının bədii rəhbəri və baş dirijoru olub. Rusiya, Almaniya, Hollandiya, İsveçrə, Fransa, Misir, ABŞ, İtaliya və s. ölkələrdə kollektivlərə dirijorluq edib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar