Azərbaycan Milli Konservatoriyasında Əməkdar artist Fərqanə Qasımovanın “Nəva” dəstgahı adlı solo konserti keçirilib.
Konsertdən öncə çıxış edən Milli Konservatoriyanın rektoru, Xalq artisti, professor Siyavuş Kərimi “Nəva” dəstgahından, eləcə də muğamla bağlı tədbirlərin davamlı olaraq keçirilməsinin əhəmiyyətindən söz açıb.
Daha sonra çıxış edən Xalq artisti Alim Qasımov muğam sənətinin ölməzliyi və konsertin əhəmiyyətindən bəhs edib.
Qonaqlar tərəfindən alqışlarla qarşılanan konsert proqramı maraqlı anlarla yadda qalıb. Konsertdə Fərqanə Qasımovanı sağurda Şamil İsmayılov, tarda Zəki Vəliyev, kamançada Rauf İslamov, udda Bəhruz Zeynalov, neydə Davud Qafarzadə, tonbak dafda Pehrang Padir, nağarada Cavidan Nəbiyev və Vüqar Şərifzadə müşayiət ediblər.
Fərqanə Qasımova oktyabrın 9-da Beynəlxalq Muğam Mərkəzində də “Nəva” dəstgahı adlı solo konsert proqramı ilə çıxış edəcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar