Görkəmli dirijor Rauf Abdullayev yaradıcılıq fəaliyyətinin 50 illiyini pult arxasında qeyd etdi

Oktyabrın 9-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında görkəmli dirijor, Xalq artisti, Dövlət mükafatı laureatı, professor Rauf Abdullayevin yaradıcılıq fəaliyyətinin 50 illiyinə həsr olunmuş yubiley gecəsi keçirildi.

1965-ci ildən başladığı dirijorluq fəaliyyətində müxtəlif orkestrlərin rəhbəri olan, ölkəmizdə və xaricdə böyük konsertlərə dirijorluq edən maestro əlamətdar yubiley gecəsində də doğma musiqi kollektivinin qarşısında, pult arxasında idi. Rauf Abdullayevin bədii rəhbəri və baş dirijoru olduğu Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri sənətsevərlərə məşhur alman bəstəkarı və pianoçusu Yohann Bramsın 4 saylı simfoniyasını və Avstriya bəstəkarı və dirijoru Qustaf Malerin 1 saylı simfoniyasını səsləndirdi.
Musiqi gecəsi tamaşaçıların maestroya və idarə etdiyi orkestrə sürəkli alqışları ilə başa çatdı.
Rauf Abdullayev 1937-ci ilin oktyabrın 29-da anadan olub. Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib, Sankt-Peterburq Dövlət Konservatoriyasında dirijorluq təhsili alıb. 1965-1984-cü illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının baş dirijoru, 1984-cü ildən Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin, 1991-1994-cü illərdə Ankara Dövlət Opera və Balet Teatrının bədii rəhbəri və baş dirijoru olub. Rusiya, Almaniya, Hollandiya, İsveçrə, Fransa, Misir, ABŞ, İtaliya və s. ölkələrdə, beynəlxalq musiqi festivallarında müxtəlif orkestrləri idarə edib.

S.Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar