Rusiyanın Orenburq şəhərində keçiriləcək III Beynəlxalq Mstislav Rostropoviç Festivalının vaxtı və proqramı açıqlanıb. Dekabrın 4-dən 7-dək keçiriləcək festivalın bədii rəhbəri Olqa Rostropoviçdir.
Orenburq Vilayət Filarmoniyasında festivalın açılış konsertində Y.Svetlanov adına Rusiya Dövlət Akademik Simfonik Orkestri çıxış edəcək. Bədii rəhbər Vladimir Yurovski, dirijor Peter Feranetsdir. Festivalın bağlanışı isə M.Qorki adına Orenburq Dövlət Dram Teatrında keçiriləcək. Həmin gün Nikolay Rimski-Korsakovovun “Çar gəlini” operası nümayiş olunacaq. Səhnə əsərinin quruluşçu rejissoru İvan Popovski, dirijoru Yaroslav Tkalenkodur. Operada Qalina Vişnevskaya Opera İfaçılığı Mərkəzinin orkestri və solistləri çıxış edəcəklər.
Festival günlərində tamaşaçılar dünya musiqisi xəzinəsinin incilərini dinləyəcəklər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar