Oktyabrın 14-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) opera studiyasında dahi bəstəkarın 130 illik yubileyinə həsr olunmuş "Azərbaycan ənənəvi musiqisinin multimedia elektron bazası”nın təqdimat mərasimi keçirilib.

Layihənin rəhbəri, Əməkdar incəsənət xadimi, professor Tariyel Məmmədov elektron baza haqqında ətraflı məlumat verib. Bildirib ki, layihə Prezident yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə həyata keçirilib. Formalaşdırılmış açıq sistem olan elektron baza 1250 səhifədən ibarətdir. Buraya 350 foto, 257 saat audio, 425 saat video, not kolleksiyaları və s. daxildir.
Layihə rəhbəri diqqətə çatdırıb ki, bu canlı bir sistemdir və mütəmadi olaraq zənginləşir.
BMA-nın rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli musiqiçilər, mütəxəssislər, tələbələr, musiqi məktəbləri üçün layihənin vacibliyini qeyd edib. Bildirib ki, Azərbaycan musiqisini elektron şəkildə təbliğ edən bu layihədən bəhrələnmək lazımdır.
Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev gələcəkdə də belə layihələri dəstəkləyəcəklərini deyib. Bildirib ki, bu, musiqi xəzinəsini qoruyub saxlamağın ən gözəl yollarından biridir.
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva dünyada baş verən hadisələrin mədəniyyətə birbaşa mənfi təsir etdiyini söyləyərək qeyd edib ki, insanlar tərəfindən neçə əsrlər bundan əvvəl yaradılan mədəni abidələr dağıdılır, məhv olur. Qeyri-maddi mədəni irs nümunələrimiz isə ya unudulur, ya da başqa xalqlar tərəfindən mənimsənilir. Bu baxımdan belə layihələrin həyata keçirilməsi böyük əhəmiyyət kəsb edir. Bazada olan materiallar xarici dillərə tərcümə olunarsa digər xalqların nümayəndələri də Azərbaycan musiqisi haqqında geniş məlumatlar əldə edə bilər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar