Bu yaxınlarda Bolqarıstanın Albena şəhərində keçirilən “Orfeyin varisləri” beynəlxalq musiqi müsabiqəsində BMA-nın məktəb-studiyasının violin ixtisası üzrə IV sinif şagirdi, respublika müsabiqəsi laureatı Xədicə Mehdiyeva (müəllim Gülnarə Quliyeva) üçüncü yerə layiq görülüb.
Almaniya, Rusiya, Türkiyə, Avstriya, Çin, Rumıniya və s. ölkələrin təmsil olunduğu müsabiqədə Xədicə Mehdiyeva II yaş qrupunda çıxış edib. İlk dəfə beynəlxalq müsabiqədə iştirak edən yeniyetmə ifaçı həyəcana baxmayaraq uğurla çıxış edib və münsiflərin rəğbətini qazanıb. Xədicə münsiflər tərəfindən İtaliyada keçiriləcək daha bir beynəlxalq müsabiqəyə dəvət olunub.
Onun proqramı texniki cəhətdən çətin və rəngarəng idi. Repertuara həm klassik, həm Azərbaycan musiqisi daxil idi. Xüsusən də Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletindən “Məhmənə-Banu və vəzir” səhnəsini vurğulamaq olar.
Xədicə BMA-nın məktəb-studiyasında həm violin, həm də fortepiano sinfində təhsil alır. Yeniyetmə ifaçı Bolqarıstandan gözəl təəssüratlarla vətənə dönüb. O öz üzərində çalışaraq yeni müsabiqələrə hazırlaşır.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar